Sadır Japarov: Budapeştdə TDT-nin qeyri-formal sammiti keçirilə bilər
sizinxeber.az xəbər saytı

Sadır Japarov: Budapeştdə TDT-nin qeyri-formal sammiti keçirilə bilər


Macarıstan Türk Dövlətləri Təşkilatının 2025-ci ildəki qeyri-formal sammitinə ev sahibliyi edə bilər.

APA-nın Qırğız Respublikası Prezidentinin internet səhifəsinə istinadən xəbərinə görə, bunu Prezident Sadır Japarov ölkədə səfərdə olan Macarıstanın Baş naziri Viktor Orbanla görüşdə bildirib.

O deyib ki, rəsmi Bişkek Budapeştin bu təşəbbüsünü dəstəkləyir: “Biz Budapeştdəki qeyri-formal sammitin məhz Qırğızıstanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə keçirilməsi təşəbbüsünə sevinirik. Öz növbəsində Qırğız Respublikası təşkilata rəhbərlik edən ölkə kimi bu zirvə görüşünün uğurla təşkili üçün mümkün olan bütün addımları atmağa hazırdır”.

Oxşar xəbərlər

TDT-nin qeyri-rəsmi sammiti 2025-ci ildə Budapeştdə keçirilə bilər
Prezident İlham Əliyev: Türk dünyasının birləşməsi TDT-nin hər bir üzvünü gücləndirəcək
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana səfərə gedib
Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan əlaqələri xalqlarımızın iradəsindən güc alır
TDT Dövlət Başçılarının 11-ci Zirvə Görüşünün gündəliyi açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər