Prezidentin köməkçisi: "Aqrar sahədə yeni mərhələ yüksək məhsuldarlığa hesablanıb"
sizinxeber.az xəbər saytı

Prezidentin köməkçisi: "Aqrar sahədə yeni mərhələ yüksək məhsuldarlığa hesablanıb"


Azərbaycanda aqrar sahədə yeni mərhələ yüksək məhsuldarlığa və ixraca hesablanıb.

"Sizinxeber.az"un Saatlıya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Mil-Muğan iqtisadi rayonu üzrə regional müşavirədə bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatı məhsulları istehsalçılarına birbaşa subsidiyaların verilməsi aqrar sahənin hərtərəfli inkişafında və ərzaq təhlükəsizliyinin təmin edilməsində əsas dövlət dəstəyi mexanizmlərindən biri kimi qəbul olunur: "Tətbiq edilən yeni subsidiya mexanizmləri regional ixtisaslaşmanı, innovativ texnologiyaların tətbiqini, torpaq və su resurslarından səmərəli istifadəni, ümumilikdə isə dayanıqlı inkişafı təşviq edir. Göründüyü kimi, aqrar sahədə keyfiyyətcə yeni mərhələyə keçidin vacibliyi, müasir dövrün tələblərinə cavab verən, yüksək məhsuldarlığa malik və ixracyönümlü istehsala əsaslanan yeni Dövlət Proqramının qəbulunu zəruri edib".

N.Əmirov qeyd edib, dövlət başçısının Prezident Administrasiyasına və Nazirlər Kabinetinə verdiyi tapşırıqlar əsasında kənd təsərrüfatının inkişafına dair yeni, hərtərəfli və əhatəli Dövlət Proqramı hazırlanıb: "Bu proqram qarşıdakı dövr üçün aqrar sektorun yeni inkişaf modelini müəyyən edən strateji sənəd olmaqla yanaşı, məhsul istehsalının artırılması, resurslardan səmərəli istifadə, emal və ixrac imkanlarının genişləndirilməsi, dəyər zəncirlərinin formalaşdırılması, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafının yeni mərhələyə keçirilməsi baxımından mühüm yol xəritəsi rolunu oynayır".

Oxşar xəbərlər

Prezidentin köməkçisi: "52 aqropark kənd təsərrüfatının inkişafını sürətləndirib"
Natiq Əmirov: "Son 10 ildə aqrar sahədə inqilabi islahatlar aparılıb"
Zəngilanda aqrar sektorun inkişafı müzakirə olunur
Ceyhun Cəlilov: "Naxçıvan aqrar sahəyə investisiya üçün ən əlverişli regionlardan biridir"
Vahid Hacıyev: "Aqrar sektorda istehsal və emal imkanları genişləndiriləcək"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər