TDT Dövlət Başçılarının 11-ci Zirvə Görüşünün gündəliyi açıqlanıb
Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının 11-ci Zirvə Görüşü 6 noyabr 2024-cü il tarixində Qırğız Respublikasının paytaxtı Bişkekdə keçiriləcək.
APA TDT-nin rəsmi saytına istinadən xəbər verir ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ev sahibliyi edəcəyi Sammitdə Azərbaycan, Qazaxıstan, Türkiyə və Özbəkistan prezidentləri iştirak edəcək.
Bundan əlavə, TDT Müşahidəçilərinin Hökumət Başçıları və TDT Baş Katibləri də sammitdə iştirak edəcəklər.
Bildirilib ki, “Türk Dünyasının Gücləndirilməsi: İqtisadi İnteqrasiya, Davamlı İnkişaf, Rəqəmsal Gələcək və Hamı üçün Təhlükəsizlik” şüarı ilə keçiriləcək Sammit Təşkilatın hərtərəfli gündəliyi ilə bağlı yüksək səviyyəli müzakirələr üçün mühüm platforma yaradacaq.
Liderlər əsas məsələlər üzrə qərarlar qəbul edəcək, sazişlər imzalayacaq və iqtisadiyyat, ticarət, rəqəmsal transformasiya, nəqliyyat və təhlükəsizlik sahələrində TDT layihələri ilə bağlı rəsmi sənədləri təsdiq edəcəklər gündəliyə həmçinin üzv dövlətlər və müşahidəçilər arasında müxtəlif sahələrdə çoxtərəfli əməkdaşlığa diqqət yetirilməklə, regionda və ondan kənarda baş verən siyasi və iqtisadi hadisələrin müzakirələri də daxil ediləcək.
Qeyd edilib ki, sədrlik Qazaxıstandan Qırğızıstan Respublikasına keçəcək və bağlanış mərasimində dövlət başçıları Bişkek Bəyannaməsini və bəzi mühüm qərarları imzalayacaqlar.
Oxşar xəbərlər
Prezident İlham Əliyev: Türk dünyasının birləşməsi TDT-nin hər bir üzvünü gücləndirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan əlaqələri xalqlarımızın iradəsindən güc alır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə TDT xarici işlər nazirləri müavinlərinin görüşü keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə Prezidenti: TDT-nin Zirvə toplantısının Şuşada keçiriləcəyindən xüsusi məmnunluq duyuram [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət başçısı: TDT-nin Şuşa Zirvə görüşündə Şimali Kipr Prezidenti də iştirak edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












