İslam İnkişaf Bankı Qrupunun Prezidenti: Azərbaycanın yenidənqurma və inkişaf səylərinə sadiqliyimizi bir daha təsdiqləyirik
sizinxeber.az xəbər saytı

İslam İnkişaf Bankı Qrupunun Prezidenti: Azərbaycanın yenidənqurma və inkişaf səylərinə sadiqliyimizi bir daha təsdiqləyirik


"Gəlin, İpək Yolundan bu günün müasir dövrünə qədər bu diyarın əsrlər boyu Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirərək coğrafi mövqeyini ortaq imkanlara çevirdiyini xatırlayaq".

Sizinxeber.az xəbər verir ki, bunu İslam İnkişaf Bankı Qrupunun Prezidenti Məhəmməd Süleyman Əl-Casir İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında deyib.

O bildirib ki, Azərbaycanın hekayəsi yalnız bağlantılar hekayəsi deyil, bu, eyni zamanda dözümlülük və yenilənmə hekayəsidir.

“Bu baxımdan Şuşaya son səfərimdən qısa bir təəssürat paylaşmaq istərdim. Qarabağın incisi olan Şuşanın zəngin irsi şairə və xeyriyyəçi Xurşidbanu Natəvan kimi şəxsiyyətlərin simasında yaşayır. O, mədəni dayanıqlığın və mərhəmətin əbədi rəmzidir.

Məni xalq şairi Məhəmməd Arazın aşağıdakı misraları çox təsirləndirdi:

"Ayağa dur, Azərbaycan, səninləyəm

Səndən qeyri biz hər şeyi bölə billik".

Bu sözlər heç vaxt ümidini itirməmiş xalqın ruhunu əks etdirir və Azərbaycanla tərəfdaşlığımızın əsasını təşkil edir.

Biz azad edilmiş Qarabağa səfər edən ilk çoxtərəfli inkişaf bankı olmaqdan qürur duyuruq və bununla Azərbaycanın yenidənqurma və inkişaf səylərinə sadiqliyimizi bir daha təsdiqləyirik”, - deyə Məhəmməd Süleyman Əl-Casir vurğulayıb.

Oxşar xəbərlər

İslam İnkişaf Bankı Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi üçün ilk krediti ayırıb
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimi keçirilir, Prezidenti İlham Əliyev tədbirdə iştirak edir - CANLI - YENİLƏNİB
İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə iştirak edir - CANLI - YENİLƏNİB
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları başlayıb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər