Makron İranın zənginləşdirilmiş uran ehtiyatlarının neytrallaşdırılmasında israr edir
sizinxeber.az xəbər saytı

Makron İranın zənginləşdirilmiş uran ehtiyatlarının neytrallaşdırılmasında israr edir


İranın zənginləşdirilmiş uran ehtiyatları neytrallaşdırılmalı və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarətinə verilməlidir.

"Sizinxeber.az" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron TF1 telekanalına müsahibəsində bildirib.

"Biz zənginləşdirilmiş uran istehsalı üzrə qalan güclərin lazımi şəkildə neytrallaşdırılmasını təmin edəcəyik", - o, ABŞ Prezidenti Donald Trampın İranla razılaşmanın əldə olunduğunu açıqlamasına münasibət bildirərkən deyib.

Makron vurğulayıb ki, həssas ehtiyatlar "ya çıxarılmalı, ya da durulaşdırılmalı" və daha sonra AEBA-nın nəzarətinə verilməlidir.

Bundan əlavə, Fransa lideri bildirib ki, avropalı müttəfiqlər İranın Hörmüz boğazında gəmiçilik üçün rüsumlar tətbiq etməsinin qarşısını almaq niyyətindədirlər. O əlavə edib ki, Fransa və Böyük Britaniya azad gəmiçiliyi təmin etmək üçün birgə missiya yerləşdirməyə hazırdırlar.

Onun sözlərinə görə, Fransanın "Şarl de Qoll" aviadaşıyıcısı iki-üç gün ərzində regiona göndərilə bilər.

Oxşar xəbərlər

İran AEBA-nı zənginləşdirilmiş uran ehtiyatlarının qorunması tədbirləri barədə məlumatlandırıb
AEBA-nın baş direktoru: İranın nüvə silahı hazırladığına dair sübut yoxdur
AEBA və ABŞ gələn həftə İranla bağlı danışıqlar apara bilər
AEBA rəhbəri: İran zənginləşdirilmiş uranın istehsalını kəskin artırır
Qrossi: AEBA İranın yüksək zənginləşdirilmiş uranın saxlanma yerini dəyişmədiyini hesab edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər