Azərbaycan Türkiyə Banklar Birliyinin İllik Toplantısında iştirak edib
Bu gün "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin prezidenti Zakir Nuriyev və icraçı direktoru Yunus Abdulov Türkiyə Banklar Birliyinin İllik Toplantısında iştirak ediblər.
"Report" Assosiasiyaya istinadən xəbər verir ki, toplantıda iqtisadiyyat və bank sektoru ilə bağlı aktual məsələlər müzakirə olunub, maliyyə sektorunun inkişaf trendləri, mövcud çağırışlar və qarşılıqlı əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri Alpaslan Çakar, Bank Tənzimləmə və Nəzarət Agentliyinin sədri Şahap Kavcıoğlu, Türkiyə Mərkəzi Bankının sədri Fatih Karahan, xəzinə və maliyyə naziri Mehmet Şimşek çıxış ediblər.
Toplantı çərçivəsində bank sektorunun dayanıqlı inkişafı, iqtisadi proseslərin maliyyə bazarlarına təsiri, tənzimləmə mühiti və sektorun qarşısında duran prioritet məsələlər barədə müzakirələr aparılıb.
ABA beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və bank sektorunda qarşılıqlı təcrübə mübadiləsinin təşviqi istiqamətində fəaliyyətini davam etdirir.
Oxşar xəbərlər
Zakir Nuriyev: "Banklar "yaşıl kredit" və digər iqlim maliyyə alətləri təqdim etməlidir"
TDT-nin Mərkəzi Banklar Şurasının yaradılması haqqında memorandum imzalanıb
ABA "Ticarət şəbəkələrinin inkişafı" ilə Anlaşma Memorandumu imzalayıb
"Expressbank"ın İdarə Heyətinin sədri ABA-nı təbrik edib
Azərbaycan və Yaponiya bankçılıq sektorunda əməkdaşlığı genişləndirilməsini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
-
Azərbaycanın U-17 və U-19 millilərinin Avropa çempionatının I mərhələsindəki rəqibləri bəlli olub
-
KİV: Ukrayna Kramatorskdakı zavodları ölkənin qərbinə köçürür
-
Tramp amerikalıların İranın Xarq adasını ələ keçirməyi dəstəkləməyəcəyini bildirib
