“Erməni orta məktəblərində nifrət nitqi və tarixi faktların saxtalaşdırılması” adlı kitabın təqdimatı olub
sizinxeber.az xəbər saytı

“Erməni orta məktəblərində nifrət nitqi və tarixi faktların saxtalaşdırılması” adlı kitabın təqdimatı olub


​Strateji Kommunikasiyalar Mərkəzi (SKM) tərəfindən Azərbaycan və ingilis dilində hazırlanmış “Erməni orta məktəblərində nifrət nitqi və tarixi faktların saxtalaşdırılması” adlı kitabın təqdimat mərasimi keçirilib.

Sizinxeber.az xəbər verir ki, kitab Ermənistan məktəblərində istifadə edilmiş dərsliklərin, metodik vəsaitlərin, əlavə ədəbiyyatın və digər tədris materiallarının təhlilinə həsr olunub.

Tədbiri giriş sözü ilə açan SKM-in sədr köməkçisi, layihə rəhbəri Əli Abdullayev bildirib ki, araşdırmanın məqsədi həmin materiallarda nifrət nitqinin, etnik və milli qruplara münasibətin təqdimatının, tarixi faktların mümkün təhriflərinin və stereotiplərin formalaşdırılması hallarının müəyyən edilməsidir: “Araşdırma Qarabağda fəaliyyət göstərmiş təhsil müəssisələrində tapılan materiallar əsasında aparılıb. Dərsliklər, plakatlar, tədris vəsaitləri və arxiv materialları toplanaraq sistemli şəkildə təhlil olunub. Hesabatın nəticəsinə görə, təhlil edilmiş materialların bir hissəsində “düşmən obrazı”nın formalaşdırılması, etnik qarşıdurmanın gücləndirilməsi və tarixi hadisələrin siyasi məqsədlərlə təqdim olunması halları mövcuddur. Araşdırma zamanı istifadə edilən 1000-dən çox materialda 3000-ə yaxın hal aşkarlanıb. Həmin hallar QR kod vasitəsilə kitabda yerləşdirilib. Müəlliflər təhsil məzmununun beynəlxalq standartlara uyğun yenidən qiymətləndirilməsini və daha obyektiv yanaşmaların tətbiqini tövsiyə edirlər”.

AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan Tarixi Şöbəsinin müdiri Cəbi Bəhramov çıxışında Ermənistanın tədris materiallarında yer alan tarixi narrativlərin elmi yanaşma ilə ziddiyyət təşkil edən məqamlarına toxunub: “Azərbaycanlıların təqdimatı və regionun tarixi irsi ilə bağlı bəzi məzmunlar yanlış interpretasiyalara əsaslanır".

Tədbirdə həmçinin Milli Məclisin deputatı Rizvan Nəbiyev, Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin nümayəndəsi Fuad Abdullayev çıxış edərək kitabın beynəlxalq auditoriyaya çatdırılmasının və elmi müzakirəyə çıxarılmasının vacibliyini vurğulayıblar.

​Tədbir çərçivəsində mövzu ilə bağlı SKM tərəfindən hazırlanmış xüsusi sərgi nümayiş olunub. Sərgidə erməni dərsliklərində yer alan nifrət nitqi elementləri və tarixi saxtakarlıqları əks etdirən faktlar vizual şəkildə təqdim olunub.

Oxşar xəbərlər

“İRS” silsiləsi çərçivəsində nəşr edilən “Daşları toplamaq vaxtıdır” adlı kitabın təqdimatı keçirilib
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olunub - FOTO
“Azərbaycan ərazisi (1918-2025)” adlı kitabın təqdimat mərasimi keçirilib
Bahəddin Həzinin “Göyün cazibə qüvvəsi” kitabının təqdimatı olub
Bakı məktəblərini 80 mindən çox şagird bitirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər