İslam İnkişaf Bankı Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi üçün ilk krediti ayırıb
sizinxeber.az xəbər saytı

İslam İnkişaf Bankı Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi üçün ilk krediti ayırıb


İslam İnkişaf Bankı (İİB) Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi üçün ilk krediti ayırıb.

Sizinxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İslam İnkişaf Bankı qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casiri deyib.

O bildirib ki, İslam İnkişaf Bankı (İİB) Qarabağda Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi üçün ilk krediti imzalamaqdan qürur duyur: “Biz İslam İnkişaf Bankı olaraq, təxminən 1,6 milyon insana xidmət göstərəcək Qarabağda Qız Qalası su anbarı layihəsi üçün ilk krediti imzalamışıq. bu, çox mühüm inkişaf layihəsidir”.
“Prezident İlham Əliyevi əmin edirəm ki, biz burada mövcudluğumuzu genişləndirməyi səbirsizliklə gözləyirik. Maliyyələşdirə biləcəyimiz layihələrin sayını genişləndirmək üçün bizim imkanlarımız var. Biz İslam İnkişaf Bankı ilə Azərbaycan arasında iqtisadi inkişafın bir çox sahələrində əlaqələri genişləndirməyi gözləyirik.
Biz çox həyəcanlıyıq. Biz çox pozitivik. Və biz bu ölkədə yeni, mühüm layihələri gözləyirik”,- deyə o bildirib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşüb, sənədlər imzalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İslam İnkişaf Bankının nümayəndəsi: Cəbrayıl və Füzulidə suvarma sistemləri ilə bağlı layihə həyata keçiririk [xfgiven_updateblue][/xfgiven_updateblue]
1 300-ə yaxın tələbəyə təhsil krediti verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət başçısı Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər