Prezident İlham Əliyev: Azərbaycan-Qazaxıstan əlaqələrinin gündən-günə zənginləşməsi məmnunluq doğurur
sizinxeber.az xəbər saytı

Prezident İlham Əliyev: Azərbaycan-Qazaxıstan əlaqələrinin gündən-günə zənginləşməsi məmnunluq doğurur


Xalqlarımızın ortaq tarixi-mədəni köklərindən güc alan, qarşılıqlı inam və dəstəyə əsaslanan Azərbaycan-Qazaxıstan əlaqələrinin və əməkdaşlığının gündən-günə genişlənərək yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə məktubunda bildirilib.

Qeyd edilib ki, qarşılıqlı ali və yüksək səviyyəli səfərlər, müntəzəm təmaslar, müxtəlif sahələrdə imzalanan çoxsaylı sənədlər, həyata keçirdiyimiz birgə layihələr çoxşaxəli əməkdaşlığımızın inkişafında əhəmiyyətli rol oynayır.

“Bu mənada cari ilin martında Azərbaycana dövlət səfərinizi xüsusi qeyd etmək istərdim”, - dövlət başçısı vurğulayıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
İlham Əliyev qazaxıstanlı həmkarını təbrik edib
Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan əlaqələri xalqlarımızın iradəsindən güc alır
Əli Əsədov Tehranda İran Prezidenti ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər