Göyçayda 3 avtomobil toqquşub, yeniyetmə qız ölüb - FOTO
sizinxeber.az xəbər saytı

Göyçayda 3 avtomobil toqquşub, yeniyetmə qız ölüb - FOTO


Göyçayda zəncirvarı avtomobil qəzası baş verib.

Sizinxeber.az-nın Şirvan bürosu xəbər verir ki, bu gün saat 14.00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində “Opel” , KİA və “Chevrolet” markalı avtomobillər toqquşub.

Nəticədə, avtomobillərdən birində olan yeniyetmə qız aldığı xəsarətlərdən hadisə yerində ölüb, daha bir nəfər xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Sizinxeber.az-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Oxşar xəbərlər

Göyçayda zəncirvari avtoqəza olub, yeniyetmə qız ölüb
İsmayıllıda “VAZ-2107” qəza törədib, sürücü ölüb - FOTO
Bakı-Şamaxı yolunda avtomobil aşıb, ölən və yaralananlar var
Zaqatalada iki minik avtomobilinin toqquşması nəticəsində ərlə arvad ölüb - YENİLƏNİB 1 - FOTO
Qəbələdə avtomobil 9 yaşlı uşağı vuraraq öldürüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər