"Neftçi" yeni mövsüm üçün ilk transferini elan edib
sizinxeber.az xəbər saytı

"Neftçi" yeni mövsüm üçün ilk transferini elan edib


"Neftçi" yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.

"Sizinxeber.az"un məlumatına görə, paytaxt klubu sol cinah müdafiəçisi Rüfət Abbasovla 3 illik müqavilə imzalayıb.

O, "ağ-qaralar"ın heyətində 3 nömrəli formanı geyinəcək.

"Neftçi"nin yetirməsi olan R. Abbasov əsas komandaya 2021/2022 mövsümündə cəlb edilib, iki rəsmi oyun keçirib.

Son iki mövsümdə "Şamaxı" klubunun formasını geyinmiş oyunçu U-21 milli komandasında 17 matçda meydana çıxıb və əsas milli komandaya da dəvət olunub.

Oxşar xəbərlər

“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
"Neftçi" ukraynalı hücumçunun transferini açıqlayıb
“Neftçi” braziliyalı vingerin transferini açıqlayıb
"Neftçi" almaniyalı futbolçunun transferini rəsmən açıqlayıb
"Neftçi" "Sabah"dan ayrılan Elvin Camalovun transferini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər