Paşinyan: TRIPP-in həyata keçirilməsi üçün çərçivə sazişi ən geci bir ay ərzində yekunlaşdırılacaq
TRIPP layihəsi çərçivəsində Meğri dəmir yolunun yenidən işə salınması, eləcə də Ermənistan boyu yeni nəqliyyat və infrastruktur əlaqələrinin yaradılması planlaşdırılır.
“Armenpress”in xəbərinə görə, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bu gün seçkiqabağı kampaniya çərçivəsində seçicilərlə görüş zamanı ABŞ dövlət katibi Marko Rubionun İrəvana səfərindən danışarkən bildirib.
O, mayın 26-da İrəvanda TRIPP layihəsinin icrası ilə bağlı çərçivə sazişinin paraflandığını xatırladıb.
“ABŞ dövlət katibi Marko Rubio Ermənistana gəlib və xarici işlər naziri ilə birlikdə TRIPP layihəsinin icrası ilə bağlı çərçivə sazişini paraflayıb. Bu, ən geci bir aydan sonra yekunlaşdırılacaq”, - Paşinyan deyib.
Onun sözlərinə görə, layihənin ən bariz komponentlərindən biri Meğri dəmir yolunun yenidən işə salınmasıdır: “Meğri dəmir yolu yenidən açılacaq və ondan həm Azərbaycan Naxçıvanı ölkənin əsas hissəsi ilə birləşdirmək üçün, həm də Ermənistan ölkənin şimal və cənub hissələri arasında dəmir yolu əlaqəsi yaratmaq üçün istifadə edəcək. Bu gün cənubdan şimala, yəni Syünik hissəsinə dəmir yolumuz yoxdur”.
Oxşar xəbərlər
Ermənistan XİN ABŞ-la TRIPP üzrə imzalanan sazişin mətnini dərc edib
Paşinyan: Azərbaycanla sülh Ermənistan üçün iqtisadi inkişafın yeni mərhələsini açır
Paşinyan: Qazaxıstan TRIPP layihəsinə maraq göstərir
Paşinyan: Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq
Rubio TRIPP layihəsini Cənubi Qafqazda sülh və firavanlığa doğru "mühüm addım" hesab edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
Moskvada Azərbaycanın Müstəqillik Gününə həsr olunan təntənəli qəbul keçirilib - FOTO
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
Oman sahillərində tanker atəşə tutulub
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
