Əli Əsədov Tehranda İran Prezidenti ilə görüşüb
sizinxeber.az xəbər saytı

Əli Əsədov Tehranda İran Prezidenti ilə görüşüb


Tehrana işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 31-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşüb.

Nazirlər Kabinetinin mətbaut xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və prezident səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbriklərini Məsud Pezeşkiana çatdırıb.

Baş nazir cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29-da iştirakla bağlı Prezident İlham Əliyevin dəvət məktubunu Prezident Məsud Pezeşkiana təqdim edib.

Görüş əsnasında Azərbaycan ilə İran arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu, qarşılıqlı maraq doğuran əməkdaşlığın bütün istiqamətlər üzrə gələcək perspektivləri müzakirə edilib.

Oxşar xəbərlər

Baş nazir Əli Əsədov Tehranda İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Əli Əsədov Tehranda İran Prezidenti ilə görüşüb - FOTO
Prezident İlham Əliyev Məsud Pezeşkianı COP29-a dəvət edib
Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə görüşüb
Tokayev İran Prezidenti ilə telefonla danışıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər