Milli koordinator: "WUF13 əsl qlobal platforma olub" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
may
2026
16:00
0
0
1 119
ff aaaaaaa

Milli koordinator: "WUF13 əsl qlobal platforma olub"

22 may, 2026
16:00
1 119

Milli koordinator: "WUF13 əsl qlobal platforma olub"

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) şəhərlər və icmalarının gələcəyi barədə dialoq, tərəfdaşlıq və kollektiv düşüncə üçün əsl qlobal platforma olub.

Sizinxeber.az" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev tədbirin bağlanış mərasimində bildirib.

"Hər hansı bir qlobal tədbirin əsl uğurunun yalnız yekun nəticələrlə deyil, həm də yaratdığı insani əlaqələrlə ölçüldüyünü vurğulamaq istərdim. Biz bütün iştirakçılara, tərəfdaşlara, təşkilatçılara, tərcüməçilərə, texniki heyətə, xidmət təminatçılarına, habelə dövlət, özəl və vətəndaş cəmiyyəti institutlarımıza eyni dərəcədə minnətdarıq. Məhz sizin kollektiv ruhunuz bu foruma əsl mənasını verib, inklüzivliyi canlandırıb və dialoqu ortaq fəaliyyətə çevirib", - deyə sədr qeyd edib.

O əlavə edib ki, WUF13-ün mövzusu mənzil məsələsini qlobal şəhərsalma gündəliyinin mərkəzinə qoyub və bir daha təsdiqləyib ki, adekvat, əlverişli, təhlükəsiz və dayanıqlı mənzillə təminat dövrümüzün ən mühüm çağırışlarından biri olaraq qalır: "Forum boyu aparılan müzakirələr göstərib ki, mənzil təkcə insanların təməl ehtiyacı deyil, həm də ləyaqətin, dayanıqlığın, sosial inklüzivliyin, iqtisadi imkanların və dayanıqlı şəhər inkişafının təməlidir".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul