Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
may
2026
10:30
0
0
1 088
ff aaaaaaa

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib

24 may, 2026
10:30
1 088

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib

Rusiya ordusunun Ukraynaya həyata keçirdiyi raket və dron hücumu nəticəsində Azərbaycanın Kiyevdəki səfirlyinin binasına zərər dəyib.

"Report"un AZƏRTAC-a istinadən məlumatına görə, Azərbaycanın Ukraynadakı səfirliyinin yerləşdiyi Şevçenko rayonu ərazisinə atılan raketlərdən bəziləri diplomatik nümayəndəlik binasının yaxınlığına düşüb.

Zərbə nəticəsində səfirlik binasının pəncərələri sınıb.

Qeyd edək ki, bu hal birinci dəfə deyil ki, yaşanır. Paytaxt Kiyevə hava hücumları nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binası bir neçə dəfə ziyan görüb. 14 noyabr 2025-ci ildə həyata keçirilən hücumlarda səfirliyə dəymiş ziyan miqyasına görə daha böyük və ciddi olub. Hadisə ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiyaya nota verib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul