Belarusda Rusiya ilə birgə nüvə təlimləri başlayıb
sizinxeber.az xəbər saytı

Belarusda Rusiya ilə birgə nüvə təlimləri başlayıb


Belarusda Rusiya ilə birgə nüvə təlimləri başlayıb.

Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, bu barədə BelTA məlumat yayıb.

Bildirilib ki, Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiya prezidenti Vladimir Putin birgə nüvə qüvvələri təlimi zamanı videokonfrans keçiriblər.

"Bu, ilk belə birgə təlimdir. Amma elementləri, komponentləri baxımından məlum olur ki, baş qərargahlarımız və müdafiə nazirlərimiz bunu rübdə bir dəfə keçirirlər. Amma biz olmadan.Sizi tamamilə dəstəkləyirəm. Biz heç kimə təhlükə yaratmırıq. Amma bizim belə silahlarımız var və biz Brestdən Vladivostoka qədər ortaq vətənimizi hər cür müdafiə etməyə hazırıq. Əgər əlimizdə bir şey varsa, ondan necə istifadə edəcəyimizi bilməliyik", - deyə Lukaşenko vurğulayıb.

Qeyd edək ki, Rusiya mayın 19-da nüvə təliminə başlayıb. Təlimlərin bir hissəsi Belarusda keçirilir.

Oxşar xəbərlər

Lukaşenko Belarusun nüvə silahına malik olduğunu təsdiqləyib
Lukaşenko: ABŞ Belarusda diplomatik mövcudluğunu genişləndirmək istəyir
Lukaşenko: Trampın gəlişi ilə Belarusda deyil, Avropada problemlər olacaq
Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Lukaşenko prezident seçkilərində namizəd kimi qeydə alınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər