Ayxan Abbasov: "İnanıram ki, "Şamaxı"da davamlılığı qorumağı bacaran məşqçi ilə razılıq əldə olunacaq"
sizinxeber.az xəbər saytı

Ayxan Abbasov: "İnanıram ki, "Şamaxı"da davamlılığı qorumağı bacaran məşqçi ilə razılıq əldə olunacaq"


"Şamaxı"da davamlılığı qorumaq üçün doğru qərarlar verilməli və bu işi davam etdirə biləcək məşqçi ilə razılıq əldə olunmalıdır.

"Sizinxeber.az" xəbər verir ki, bunu adıçəkilən klubun baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının sonuncu - XXXIII turunda "Qəbələ"yə qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis komandanın üzvlərinə təşəkkür edib:

"Mövsüm artıq yekunlaşdı. Komandamın bütün üzvlərinə minnətdaram. Çətin və gərgin bir ili geridə qoyduq. Qarşımıza qoyduğumuz əsas məqsəd ötən mövsümlə müqayisədə daha yaxşı nəticə göstərmək idi. Düşünürəm ki, buna nail olduq. Keçən il Premyer Liqada 10 komanda mübarizə aparırdısa, bu mövsüm 12 kollektiv arasında rəqabət daha yüksək səviyyədə idi.

Kubok yarışında da əvvəlki mövsümlə müqayisədə daha uğurlu çıxış etdik. Həm gənc futbolçuların inkişafı, həm də yeni legionerlərin komandaya uyğunlaşması baxımından irəliləyiş hiss olundu. Bizim üçün vacib olan da məhz bu idi.

Klub rəhbərliyinə, məşqçilər heyətinə və futbolçulara təşəkkürümü bildirirəm. "Qəbələ"yə qarşıdakı pley-off oyununda uğurlar arzulayıram. Onları ağır qarşılaşma gözləyir. Ümid edirəm ki, sonda buna layiq olan tərəf istəyinə çatacaq.

Eyni zamanda inanıram ki, "Şamaxı" klubunda davamlılığı qorumaq üçün doğru qərarlar veriləcək və bu işi davam etdirə biləcək məşqçi ilə razılıq əldə olunacaq".

Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçirilən "Qəbələ" - "Şamaxı" oyunu ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.

Oxşar xəbərlər

Ayxan Abbasov: "Zirə"ni 1 xal qazanması münasibəti ilə təbrik edirəm"
Ayxan Abbasov: "Araz-Naxçıvan"la oyunda məğlubiyyətə layiq deyildik"
"Şamaxı"nın baş məşqçisi 200-cü dəfə meydana komanda çıxarıb
Ayxan Abbasov: "Şamaxı" gənc futbolçuları üzə çıxarmaqda olduqca maraqlıdır"
"Şamaxı"nın baş meneceri Kamran İsmayılov: "Ayxan Abbasovla bağlı məsələyə nöqtə qoyulmayıb"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər