"Mançester Siti" Rodri üçün 84 milyon avro tələb edir
sizinxeber.az xəbər saytı

"Mançester Siti" Rodri üçün 84 milyon avro tələb edir


İngiltərənin "Mançester Siti" klubu futbolçusu Rodrini 84 milyon avroya satmağa hazırdır.

"Report" xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.

İspaniya təmsilçisi "Real" 29 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

"Kral klubu" qarşı tərəfin tələb etdiyi məbləği çox hesab edir. "Real" ispaniyalı oyunçu üçün 60 milyon avro təklif etmək niyyətindədir.

Xatırladaq ki, 2019-cu ildən "Mançester Siti"də çıxış edən Rodri cari mövsüm 33 oyunda 2 qolla yadda qalıb. O, 2024-cü ildə "Qızıl top" mükafatının sahibi olub.

Oxşar xəbərlər

Rodri karyerasını "Real"da davam etdirə bilər
“Mançester Siti” Rodrinin müqaviləsinin müddətini uzatmaq istəyir
"Mançester Siti" futbolçusunu 40 milyon avroya satmağa razıdır
"Real" "Mançester Siti"nin futbolçusunu 200 milyon avroya ala bilər
İspaniya klubu "Mançester Siti"nin futbolçusu üçün 75 milyon avro təklif edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər