"Rabitəbank" səhmdarlarına 5 milyon manata yaxın dividend ödəyib
sizinxeber.az xəbər saytı

"Rabitəbank" səhmdarlarına 5 milyon manata yaxın dividend ödəyib


"Rabitəbank" ASC 2025-ci ilin maliyyə nəticələri əsasında səhmdarlarına 4,5 milyon manat dividend ödəyib.

"Report" bu barədə Banka istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 53,6 % azdır.

Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 38,6 %-i Rauf Əliyevə, 34,64 %-i Validə Abbasovaya, 11,48 %-i Zakir Nuriyevə, 9,11 %-i isə Dilarə Nuriyevaya, 6,03 %-i Aslan Xasiyevə, 0,14 %-i isə digər hüquqi və fiziki şəxslərə, o cümlədən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" və "AzInTelecom" MMC-lərə, Dövlət Radiotezliklər İdarəsi və "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinə, "Bakı Teleqrafı" ASC və "Bakcell" MMC-yə məxsusdur.

R.Əliyev həm də "Meqa Sığorta" ASC-nin 19 %-lik səhmdarıdır.

Oxşar xəbərlər

"Rabitəbank"ın problemli kreditləri 8 %-ə yaxın artıb
"Rabitəbank"ın səhmdarlarının pay bölgüsü dəyişib
"Rabitəbank"ın səhmdarlarının yığıncağı keçiriləcək
"Bank Respublika" səhmdarlarına 13 milyon manata yaxın dividend ödəyib
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər