Vəkil: Rusiya insan haqları ilə bağlı üzərinə götürdüyü öhdəliyi kobud şəkildə pozub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
in
2025
14:30

Vəkil: Rusiya insan haqları ilə bağlı üzərinə götürdüyü öhdəliyi kobud şəkildə pozub

29 in, 2025
14:30
372

Vəkil: Rusiya insan haqları ilə bağlı üzərinə götürdüyü öhdəliyi kobud şəkildə pozub

Rusiya BMT-nin İnsan Haqları Komitəsinə üzvlüklə bağlı üzərinə götürdüyü öhdəliyi kobud şəkildə pozub.

Bu sözləri “Report”a açıqlamasında vəkil Rəsul Cəfərov deyib.

O bildirib ki, həm Azərbaycan, həm də Rusiya Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Komitəsinin üzvüdür:

“Rusiyanın bu komitəyə üzvlüklə bağlı öhdəlikləri var, təəssüf ki, bu öhdəlik kobud şəkildə pozulub. Bu hadisə zamanı həm Azərbaycan vətəndaşları, həm də Rusiya vətəndaşı olan etnik azərbaycanlılar təzyiqə məruz qalıb. Nəzərə alsaq ki, hər iki ölkə “Siyasi və Mülki Hüquqlar Haqqında” beynəlxalq paktın üzvləridir. Həmin paktda işgəncənin qadağan olunması, yaşamaq hüququ və digər hüquqlar nəzərdə tutulur. Burada hüquqları pozulan şəxslər həm Azərbaycan vətəndaşları, həm də Rusiya vətəndaşı olan azərbaycanlılar BMT-nin müxtəlif təşkilatlarına müraciət edə bilərlər. Bu təşkilatlar insan haqları ilə bağlı müvafiq qərar qəbul edir, daha sonra icrası üçün müvafiq dövlətlərə göndərirlər. Burada pozuntuya görə təzminatın ödənilməsi və digər məsələlər də ola bilər. Digər qurum işgəncələrlə bağlı qurumdur. BMT-nin İşgəncələrin Qadağan Ediməsinə Dair Konvensiyası var. Həmin konvensiyada İşgəncələr Əleyhinə Komitə yaradılıb. Ora da işgəncə və qeyri-insani rəftarlarla bağlı şikayət oluna bilər. Rusiyada işgəncəyə məruz qalan şəxslər və öldürülən azərbaycanlıların işgəncəyə məruz qalması faktları ilə bağlı həmin komitəyə müraciət edə bilərlər”.

Hüquqşünas deyib ki, Rusiya Avropa Məhkəməsinin yurisdiksiyasından çıxsa da, Azərbaycan Avropa Konvensiyasının yurisdiksiyasını qəbul edib. Rəsul Cəfərova görə, Rusiyada məlum hadisələrdən sonra işgəncəyə məruz qalmış azərbaycanlılar Avropa Məhkəməsinə müraciət edə bilərlər. Onun sözlərinə görə, BMT-nin komitələrinə müraciət edən zaman Avropa Məhkəməsinin qərarına beynəlxalq sənəd kimi istinad etmək olar.

“Rusiya son zamanlar insan haqları ilə bağlı öz üzərinə götürdüyü öhdəlikləri ciddi şəkildə pozur. Bu pozuntulara görə müxtəlif bəhanələr gətirilir. Rusiya beynəlxalq sənədlərlə qəbul olunmuş öhdəlikləri üzərinə götürmürsə, ona qarşı sanksiyanın tətbiqinə çağırışlar olmalıdır. Bura iqtisadi sanksiyalar, eləcə də ölkənin hansısa beynəlxalq təşkilatda üzvlüyünün dayandırılması ola bilər”, – Rəsul Cəfərov deyib.

Bizimlə əlaqə saxlayın