İlhamə Qədimova: "Yeni Dövlət Proqramı" aqrar sektorda dönüş mərhələsidir"
"Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" aqrar sektorda dönüş mərhələsidir.
"Report"un Saatlıya ezam olunmuş müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Dövlət Proqramı çərçivəsində keçirilən Mil-Muğan iqtisadi rayonu üzrə regional müşavirədə bildirib.
Onun sözlərinə görə, Dövlət Proqramının uğurlu icrası üçün bütün tərəflərin üzərinə ciddi vəzifələr düşür: "Sahibkarlar və özəl sektor da bu prosesdə daha fəal iştirak etməlidir. Silo və soyuducu anbarlar, emal müəssisələri, süd toplama məntəqələri, yun toplama və emal infrastrukturu, eləcə də intensiv bağçılıq və heyvandarlıq təsərrüfatları üzrə investisiya imkanları genişdir. Dövlət dəstək mexanizmləri bu investisiyaların reallaşdırılması üçün əlverişli şərait yaradır. Nəticə etibarilə, 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı aqrar sahədə keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Proqramın əsas mahiyyəti ondan ibarətdir ki, biz yalnız əkin sahələrini genişləndirməklə deyil, mövcud torpaq resurslarından daha səmərəli istifadə etməklə məhsuldarlığı artırmalıyıq. Regionun torpaq, su və insan kapitalı, eləcə də mövcud istehsal ənənələri böyük potensial yaradır. Əsas məsələ bu potensialı düzgün təşkilatçılıq, dövlət dəstəyi, fermer məsuliyyəti və özəl sektor investisiyaları ilə real nəticəyə çevirməkdir", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Vahid Hacıyev: "Aqrar sektorda istehsal və emal imkanları genişləndiriləcək"
İlhamə Qədimova: "2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
Nazir müavini: "Süd və ət məhsullarının idxaldan asılılığı azaldılacaq"
Zəngilanda aqrar sektorun inkişafı müzakirə olunur
İlhamə Qədimova: "Dövlət Proqramı dayanıqlı aqrar sektor formalaşdırmağı nəzərdə tutur"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
