Tramp ABŞ-ni BMT-nin İnsan Haqları Şurasından çıxarır
sizinxeber.az xəbər saytı

Tramp ABŞ-ni BMT-nin İnsan Haqları Şurasından çıxarır


ABŞ Prezidenti Donald Tramp 24 saat ərzində ölkəsinin BMT-nin İnsan Haqları Şurasından (UNHRC) çıxarılması və BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) maliyyələşdirilməsini dayandırması barədə sərəncam imzalayacaq.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Amerikanın "Politico" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşr vurğulayır ki, UNRWA-nın maliyyələşdirilməsini qadağan edən fərman İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtona səfəri ərəfəsində imzalanacaq.

Trampın əmrinə əsasən, ABŞ Dövlət katibi Marko Rubio Ağ Ev qarşısında hansı beynəlxalq təşkilatların, birliklərin radikal və ya anti-Amerika siyasətini təbliğ etdiyi barədə hesabat verməli olacaq.

Xatırladaq ki, 2024-cü il oktyabrın 28-də İsrail Knesseti (birpalatalı parlament) ölkədə UNRWA-nın fəaliyyətinin qadağan olunması ilə bağlı edən qanun qəbul edib.

Oxşar xəbərlər

KİV: Tramp ABŞ-nin UNHRC-dən çıxması üçün sərəncam imzalayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Knesset BMT agentliyinin İsraildə fəaliyyətini qadağan edən qanunu təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT: UNRWA-nın fəaliyyəti 48 saat ərzində dayandırılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail UNRWA sazişinin ləğvi barədə BMT-yə rəsmi məlumat verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT TŞ-nin üzvləri İsraili UNRWA-in fəaliyyətini qadağan edən qanuna görə tənqid edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər