"Haber Global"da Yekaterinburqda azərbaycanlılara qarşı vəhşiliklərlə bağlı müzakirələr təşkil edilib
sizinxeber.az xəbər saytı

"Haber Global"da Yekaterinburqda azərbaycanlılara qarşı vəhşiliklərlə bağlı müzakirələr təşkil edilib


Türkiyənin "Haber Global" telekanalı Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən vəhşiliklərlə bağlı eksperlərin iştirakı ilə müzakirələr təşkil edilib.

"Report" xəbər verir ki, verilişin qonaqları qismində iştirak edən universitet-müəllim heyəti və siyasi ekspertlər azərbaycanlılara qarşı törədilən vəhşiliklər, o cümlədən işgəncələr, qətllər, diaspor nümayəndələrinə qarşı təzyiq və təqiblər qəti şəkildə pisləyiblər.

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Kremlin siyasətinin nəticəsi olan bu hadisələrin hüquqi zəmin olmadan baş verdiyini deyib. Onun sözlərinə görə, baş verənlər təsadüfi sayıla bilməz.

"Putinin (Rusiya Prezidenti Vladimir Putin-red.) xəbəri olmadan hər hansı təhlükəsizlik təşkilatının bunu gerçəkləşdirməsi mümkün deyil. İrandan təxliyə olunan Rusiya vətəndaşlarına Azərbaycan tərəfindən göstərilən dəstək üçün təşəkkürdən az sonra bu hadisələrin yaşanması təəccüb doğurur", - ekspert vurğulayıb.

Ətraflı videosüjetdə:

Oxşar xəbərlər

Aygün Attar: Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yekaterinburqda azərbaycanlılara qarşı törədilənlər etnik zəmində vəhşilik nümunəsidir - RƏY [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aygün Attar: Rusiyanın üzrxahlığı baş verən fəlakətin ağırlığını dərk etməsidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah Yekaterinburqda Rusiya FTX-nin saxladığı azərbaycanlıların məhkəməsi keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər