Qalibaf: Tehran müharibə dövründə dostunu və düşmənini tanıyıb, Azərbaycan İranın yanında olub
sizinxeber.az xəbər saytı

Qalibaf: Tehran müharibə dövründə dostunu və düşmənini tanıyıb, Azərbaycan İranın yanında olub


Azərbaycanla İranın çətin günlərdə də daim bir-birinin yanında olub.

Sizinxeber.az xəbər verir ki, bu barədə İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf iyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

Məhəmməd Baqir Qalibaf bunu ölkələrimizin birliyinin və həmrəyliyinin daha bir nümunəsi kimi qiymətləndirib.

Qonaq bu müharibənin, eyni zamanda, İrana müsəlman ölkələri ilə təmasların nə dərəcədə vacib olduğunu göstərdiyini bildirib.

Məhəmməd Baqir Qalibaf qeyd edib ki, İran müharibə dövründə dostunu və düşmənini tanıyıb. Bu xüsusda, dost ölkə kimi Azərbaycan İranın yanında olub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Məhəmməd Baqer Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev İran İslam Şurası Məclisinin sədrini qəbul edib - YENİLƏNİB
İlham Əliyev İran İslam Şurası Məclisi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Spiker: İranın ABŞ ilə münaqişənin həlli üçün 14 maddəlik təklifinə alternativ yoxdur
Qalibaf: ABŞ danışıqlardan əvvəl razılaşmanın iki bəndini yerinə yetirməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər