Belarusda səfərbərlik təlimləri keçirilir
Belarusın Qrodno vilayətində iyun ayı ərzində səfərbərlik hazırlığı üzrə təlimlər keçirilir.
Bu barədə Belarus Müdafiə Nazirliyi “Telegram” kanalında məlumat yayıb.
Belarus Müdafiə Nazirliyinin məlumatına görə, iyunun 20-dən etibarən Oşmyanı rayonunun hərbi komissarlığı hərbi vəzifəliləri şəxsi məlumatların yenilənməsi üçün çağırmağa başlayıb. Məlumatların yoxlanılması ilkin toplanış məntəqəsində aparılır.
Qurumun bildirdiyinə görə, hərbi komissarlığın əməkdaşları uçot sənədlərini yeniləyir və məlumat bazasını aktuallaşdırırlar. Ümumilikdə Oşmyanı rayonunda təxminən 2 min nəfərin prosesə cəlb olunması planlaşdırılır.
Tədbirlərin mərhələli şəkildə iyulun 2-dək davam edəcəyi qeyd olunur.
Daha əvvəl Belarus Müdafiə Nazirliyi təlimlər zamanı hərbi vəzifəlilərin təlim toplanışlarına çağırılması hesabına hərbi komissarlıqların komplektləşdirilməsi məsələsinin də məşq ediləcəyini açıqlamışdı.
Təlimlərə cəlb olunan şəxslər hərbi biliklərini təkmilləşdirəcək, silah və hərbi texnikadan istifadə bacarıqlarını artıracaq, həmçinin təlim rəhbərliyi tərəfindən verilən tapşırıqları yerinə yetirməyi öyrənəcəklər.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl Rusiyanın müharibənin coğrafiyasını genişləndirmək, o cümlədən Belarusu prosesə cəlb etmək imkanlarını nəzərdən keçirdiyini bildirmişdi.
Oxşar xəbərlər
Hərbi vəzifəlilərin təlim toplanışı keçirilir - VİDEO
Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Azərbaycan və Belarus hərbi hüquqşünaslarının görüşü olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
