Aygün Attar: Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb
sizinxeber.az xəbər saytı

Aygün Attar: Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb


Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara qarşı təzyiq və təqibləri kəskin şəkildə tənqid edib.

“Report” xəbər verir ki, o, bu barədə “X”dəki paylaşımında yazıb.

“Rusiyada Azərbaycan türklərini dövlətin əli ilə qətlə yetirənlər kimdən təlimat aldılar? Bir ailədən dörd nəfərin Rusiya xüsusi təyinatlıları tərəfindən evlərinə basqın zamanı öldürülməsi nə deməkdir? Ey qara vicdanlı Putin (Rusiya Prezidenti Vladimir Putin-red.) xalqların həbsxanası olan SSRİ üçün darıxırsan?", - Attar qeyd edib.

Professor vurğulayıb ki, Rusiyada əslində qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb:

"Mən bütün insanları, xüsusən də Rusiyada yaşayan üç milyona yaxın azərbaycanlını etiraz etməyə dəvət edirəm. Mən Kremli, onun rus şovinizmini, separatçı münasibətini və islamafobik yanaşmasını qətiyyətlə pisləyirəm!”.

O əlavə edib ki, eyni dinə, dilə və kökə malik olan slavyan Ukraynasına qarşı vəhşicəsinə hücumlar Putini dayandıra bilməyib: “Çünki o, Stalini təqlid edərək qeyri-rusların yaşamaq hüququnu tanımayan amansız siyasətini davam etdirir. Ukraynaya döyüşə göndərilmək üçün Yekaterinburq şəhərində evlərinə Rusiya kəşfiyyatı tərəfindən basqın edilən və etiraz etdikləri üçün ailələrinin gözü qarşısında döyülərək öldürülən soydaşlarımıza Allah rəhmət etsin, bu terror aktını törədənlərə lənət olsun!”.

Oxşar xəbərlər

Aygün Attar: Rusiyanın üzrxahlığı baş verən fəlakətin ağırlığını dərk etməsidir
Rusiyada I Rusiya-Ərəb sammiti keçiriləcək
Putin: Rusiyada tərəvəz qıtlığı var
Putin sanksiyaların Rusiyada qiymət artımına təsir göstərməsindən narahatdır
Rusiyada yenilənmiş nüvə doktrinası təsdiqlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle