Prezident İlham Əliyev: Azərbaycan dövləti İranın yanında olub, arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın
sizinxeber.az xəbər saytı

Prezident İlham Əliyev: Azərbaycan dövləti İranın yanında olub, arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın


Müharibə dövründə Azərbaycan xalqı və dövləti İran xalqı və dövlətinin yanında olub.

Sizinxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Prezident İlham Əliyev özünün İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefonla danışıqlarını, həmçinin müxtəlif səviyyələrdə digər təmasları və həmrəylik nümunələrini bunun əyani göstəricisi kimi qiymətləndirib.

Müharibənin dayandırılmasının Azərbaycan tərəfindən sevinc hissi ilə qarşılandığını vurğulayan dövlət başçısı bununla bağlı ölkəmiz tərəfindən dərhal rəsmi bəyanatın verildiyini xatırladıb.

“Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın”, - deyən Prezident İlham Əliyev həm Azərbaycanın, həm də İranın vaxtilə müharibələrdən əziyyət çəkdiklərini qeyd edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Məhəmməd Baqer Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
İlham Əliyev Qalibafa: Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın
Prezident İlham Əliyev İran İslam Şurası Məclisinin sədrini qəbul edib
Prezident İlham Əliyev İran İslam Şurası Məclisinin sədrini qəbul edib - YENİLƏNİB
İlham Əliyev İran İslam Şurası Məclisi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər