Bəzi yerlərdə şimşək çaxır, arabir leysan yağır - FAKTİKİ HAVA
İyunun 13-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.
Bildirilib ki, düşən yağıntının miqdarı Culfada 23, Daşkəsəndə 12, Naftalanda 11, Ordubadda 9, Qubada 8, Şahdağda 7, Qubadlı, Laçında 6, Zaqatala, Goranboyda 4, Naxçıvan, Sədərək, Göygöl, Tərtər, Beyləqanda 3, Gədəbəy, Qusar, Şəki, Xaçmaz, Yevlax, Biləsuvarda 2, Gəncə, Şəmkir, Balakən, Qəbələ, İsmayıllı, Bərdə, Göyçay, Zərdab, Ağstafa, Kürdəmir, İmişli, Sabirabad, Neftçala, Ağdam, Kəlbəcər, Şuşa, Xankəndi, Xocalı, Füzuli, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb. Bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20, Goranboyda 19, Naftalan və Daşkəsəndə 18 m/s-yə çatıb.
Qeyd olunub ki, iyunun 12-də saat 15:12 radələrində Qazax rayonunun bəzi kəndlərinə, saat 16:22 radələrində Tovuz rayonuna, saat 17:30 radələrində Daşkəsən rayonunun Qaraqollar kəndinə diametri 15-20 mm, eyni zamanda rayonun Alaxançallı, Çanaqçı, Şahkərəm kəndlərinə, saat 18:47-18:51 radələrində Tərtər rayonunun Qaraqoyunlu kəndinə diametri 10 mm, saat 20:30 radələrində Kəlbəcərə, saat 21:48-21:55 radələrində Laçın rayonunun Sus kəndinə diametri 10-12 mm, saat 23:30-23:39 radələrində Zəngilan rayonunun Məmmədbəyli kəndinə diametri 12-15 mm olan dolu düşüb.
Oxşar xəbərlər
Şimşək çaxır, leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
Bakı və Abşeronda külək, bəzi bölgələrdə dolu müşahidə olunur - FAKTİKİ HAVA
Şahdağda qar yağır - FAKTİKİ HAVA
Şimşək çaxır, arabir leysan və Şahdağda qar yağır - FAKTİKİ HAVA
Yağıntılı hava müşahidə olunub - FAKTİKİ HAVA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

