Azərbaycanlılar Piterdən deport olundu - Səbəb
sizinxeber.az xəbər saytı

Azərbaycanlılar Piterdən deport olundu - Səbəb


Rusiyanın məhkəmə icraçıları yanvar-iyun ayları ərzində ölkədə qalma qaydalarını pozmuş 4050 əcnəbini Sankt-Peterburqda yerləşən Pulkovo hava limanında sərhəd nəzarətinə təhvil veriblər.

Sizinxeber.Az lent.az-a istinadla xəbər verir ki, həmin şəxslərin hamısı məhkəmə qərarı ilə ölkədən çıxarılıb.

Ölkədən çıxarılanların əksəriyyətini Özbəkistan və Tacikistan vətəndaşları təşkil edib. Siyahıda Azərbaycan, Pakistan, Nigeriya, Livan, İordaniya, Sudan və Braziliyadan olan şəxslər də yer alıblar. Bəzi şəxslərdə isə ümumiyyətlə heç bir ölkənin vətəndaşlığı olmayıb. Qanunsuz şəkildə ölkəyə daxil olduqlarına və ya Rusiyada qalma rejimini pozduqlarına görə onların hər biri inzibati məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, ötən 2025-ci il ərzində Sankt-Peterburqdan 8 mindən bir qədər çox miqrant ölkədən çıxarılıb.

Oxşar xəbərlər

Gürcüstan 13 əcnəbini ölkədən çıxarıb
Gürcüstandan 96 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Özbəkistan Sankt-Peterburqdan 100 vətəndaşını geri qaytaracaq
Gürcüstanda Azərbaycan vətəndaşları da daxil 55 miqrant saxlanılıb
Ötən ay Gürcüstandan Azərbaycan vətəndaşı da daxil olmaqla 33 əcnəbi çıxarılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər