Dünya Bankı: Regionda inteqrasiyanın dərinləşməsi gənclərə yeni perspektivlər açır
sizinxeber.az xəbər saytı

Dünya Bankı: Regionda inteqrasiyanın dərinləşməsi gənclərə yeni perspektivlər açır


Region ölkələrinin inteqrasiyanı dərinləşdirməsi gənclər üçün yeni perspektivlər açır.

"Report" xəbər verir ki, bunu Dünya Bankının İnkişaf layihələri üzrə baş mütəxəssisi Ramil Məhərrəmov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı İllik Toplantısı çərçivəsində təşkil olunmuş "Sərhədsiz Gənclik: Müştərək Regional Rifahın Hərəkətverici Qüvvəsi" tədbirində bildirib.

Onun sözlərinə görə, son onillikdə region ölkələri regional əməkdaşlıq və inteqrasiya istiqamətində mühüm səylər və strateji addımlar atıblar: "Bunun ən bariz nümunələrindən biri regionda formalaşmış iki mühüm siyasi və iqtisadi platformadır: Mərkəzi Asiya ölkələri dövlət başçılarının Məşvərət Görüşü və Türk Dövlətləri Təşkilatı. Azərbaycan ötən il həmin Məşvərət Görüşünə qoşulub. Eyni zamanda, Türk Dövlətləri Təşkilatı çərçivəsində 600 milyon ABŞ dolları məbləğində təsdiqlənmiş kapitala malik Türk İnvestisiya Fondu fəaliyyət göstərir. Bu platformalar region ölkələrinin siyasi-iqtisadi rəhbərliyinin inkişaf potensialına artan marağını açıq şəkildə nümayiş etdirir. Gənclik sürətlə irəliləyir, lakin hələ müəyyən çağırışlar mövcuddur. Bunlardan biri maliyyəyə çıxışdır. Bu mövzu ilə bağlı digər panel iştirakçılarının da fikirlərini eşidəcəyik. Digər əsas problem ölkələrimiz arasında gənclərin, xüsusən təhsil və iş məqsədilə mobilliyinin məhdud olmasıdır".

R.Məhərrəhmov əlavə edib ki, regiondan təhsil məqsədilə xaricə gedən təxminən yarım milyona yaxın gənc var: "Onların əhəmiyyətli hissəsi Türkiyəni seçir - təxminən 40 %-i ali təhsil üçün bu ölkəyə gedir, qalanları isə digər dövlətlərə yönəlir. Lakin region daxilində təhsil mobilliyi hələ də kifayət qədər inkişaf etməyib və bu sahədə daha çox iş görülməsinə ehtiyac var. Eyni vəziyyət iqtisadi imkanlar və məşğulluq baxımından da müşahidə olunur; göstəricilər hələ arzuolunan səviyyədə deyil".

Oxşar xəbərlər

İdrissa Dia: "Orta Dəhliz və Bakı Limanı gənclər üçün imkanlara aparan yoldur"
Elnur Bağırov: "Rəqabət siyasəti regional iqtisadi inteqrasiyanın əsas dəstək mexanizmlərindən biri olmalıdır"
IsDB: Üzv ölkələrdə 150 milyon gənc iqtisadi inkişafdan kənardadır
Türk dünyası yeni siyasi reallığa və Avrasiyada əməkdaşlıq platformasına çevrilir
Anar Kərimov: "Son 5 ildə gənclərin təhsilinə 2 milyard dollar pul ayrılıb"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər