Səfir: Azərbaycan 630 ukraynalı uşağa reabilitasiya xidmətləri göstərib
sizinxeber.az xəbər saytı

Səfir: Azərbaycan 630 ukraynalı uşağa reabilitasiya xidmətləri göstərib


Azərbaycan dövləti müharibə zamanı qəhrəmanlıq göstərən ukraynalı uşaqlara yardım göstərib.

"Sizinxeber.az"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Ukraynanın Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə "Qəhrəman uşaqlar" şüarı adı altında keçirilən tədbirdə deyib.

Ukraynalı qəhrəman uşaqlar üçün bu əlamətdar və ləyaqətli mükafatlandırma mərasimində iştirak etməkdən məmnunluğunu ifadə edən səfir bildirib ki, müharibənin ilk günlərindən etibarən Azərbaycan dost Ukrayna xalqına humanitar yardım göstərməyə başlayıb.

Səfir qeyd edib ki, Azərbaycan Ukraynanın yenidənqurma, minatəmizləmə və enerji layihələrinə kömək edir:

"Lakin yardımımızın ən vacib sahələrindən biri də Azərbaycanda ukraynalı uşaqların tibbi və psixoloji reabilitasiyasıdır. Artıq valideyn himayəsindən məhrum olan 630 ukraynalı uşaq hökumətimiz tərəfindən tam maliyyələşdirilən yüksəkkeyfiyyətli reabilitasiya xidmətləri alıb. Bu sahədə Azərbaycan və Ukrayna daxili işlər nazirlikləri arasında intensiv əməkdaşlıq mövcuddur".

Ukraynanın daxili işlər naziri İqor Klimenko isə çıxışında qeyd edib ki, qəhrəmanlığın yaşı olmur:

"Biz sizinlə fəxr edirik, sizin qəhrəmanlığınız ona dəlalət edir ki, Ukrayna xalqının parlaq gələcəyi var. Dövlətimiz sizin kimi qəhrəman uşaqlarla daha da inkişaf edəcək".

İqor Klimenko ağır və çətin gündə göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.

Tədbirin sonunda qəhrəmanlıq göstərən uşaqlar mükafatlandırılıb, həmçinin Azərbaycan dövləti adından hədiyyələr təqdim edilib.

Oxşar xəbərlər

Ukraynalı uşaqlar reabilitasiya üçün ölkəmizə gəlir
Ukraynalı uşaqların daha bir qrupu reabilitasiya xidməti üçün Azərbaycana gəlib
Ukraynalı uşaqların daha bir qrupu reabilitasiya üçün Azərbaycana yola düşüb
Daha 30 ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirilib
Yuri Qusev: Üç il ərzində Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər