Məhəmməd Əl-Casir: "IDB Qarabağda ilk layihə üçün 97 milyon ABŞ dolları kredit ayırır"
sizinxeber.az xəbər saytı

Məhəmməd Əl-Casir: "IDB Qarabağda ilk layihə üçün 97 milyon ABŞ dolları kredit ayırır"


İslam İnkişaf Bankı (IDB) Azərbaycanda “Qız Qalası su anbarından (Şərqi Zəngəzur regionu) magistral suvarma kanalının tikintisi” layihəsi üçün 97 milyon ABŞ dolları məbləğində kredit ayırıb.

“Sizinxeber.az” xəbər verir ki, bunu Bankın prezidenti Məhəmməd Əl-Casir BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində jurnalistlərə bildirib.

"İslam İnkişaf Bankı olaraq, Qarabağda ilk krediti - təxminən 1,6 milyon insana xidmət edəcək magistral suvarma kanalının yaradılması layihəsinə ayırdığımız üçün çox qürur duyuruq. Bu layihə regionun abadlığı üçün çox vacibdir", - o vurğulayıb.

Onun sözlərinə görə, suvarma kanalının uzunluğu 52 kilometr olacaq.

"Bu layihə Qarabağı dəyişəcək və mən bu bölgəni ziyarət etmək imkanını səbirsizliklə gözləyirəm", - o vurğulayıb.

Bankın prezidenti qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə o, dövlət başçısına IDB-nin Azərbaycanda əməliyyatlarını genişləndirməyi planlaşdırdığını bildirib.

"Maliyyələşdirə biləcəyimiz layihələrin sayını artırmaq potensialımız var. İslam İnkişaf Bankı ilə Azərbaycan arasında iqtisadiyyatın bir çox sahələrində əlaqələrin genişlənəcəyinə ümid edirik. Biz çox pozitiv əhvali-ruhiyyədəyik. Azərbaycanda yeni mühüm layihələri səbirsizliklə gözləyirik", - M. Əl-Casir vurğulayıb.

Oxşar xəbərlər

İslam İnkişaf Bankı Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi üçün ilk krediti ayırıb
Prezident İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşüb
Prezident İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşüb, sənədlər imzalanıb
İdarəedici direktor: "EBRD COP29-da mühüm kredit sazişləri imzalamağa hazırlaşır"
ADB Sumqayıt-Yalama dəmir yolunun bərpasına əlavə 130 milyon ABŞ dollarından çox vəsait ayırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər