Kos: Bu gün Aİ-nin genişlənməsi və Ukraynayla Moldovanın üzvlüyü üçün vacib gündür
sizinxeber.az xəbər saytı

Kos: Bu gün Aİ-nin genişlənməsi və Ukraynayla Moldovanın üzvlüyü üçün vacib gündür


Avropa İttifaqı (Aİ) iyunun 15-də Ukrayna və Moldovanın üzvlüyü üzrə danışıqların birinci klasterini açacaq, bu da ittifaqın genişlənməsi prosesində mühüm mərhələ olacaq.

"Sizinxeber.az"un Avropa bürosu xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos Lüksemburqda Aİ Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, birinci klasterin açılması 2023-cü ildə namizəd statusu aldıqdan sonra Ukrayna və Moldova üçün ilk böyük addım olacaq.

"Bu gün genişlənmə prosesi üçün həqiqətən də vacib gündür. Nəhayət, biz hər iki ölkə üçün birinci klasteri aça biləcəyik. Niyə? Çünki onlar öz işlərini yerinə yetiriblər və bunu etməyin vaxtı çatıb. Əgər onlar öz öhdəliklərini yerinə yetirirlərsə, biz də öz öhdəliklərimizi yerinə yetirməliyik", - o bildirib.

Kos əlavə edib ki, qalan beş klasterin də artıq iyul ayında açılacağını gözləyir. Aİ-nin və Ukraynanın danışıqların daha da irəliləməsinə hazır olub-olmaması ilə bağlı suala cavab verən Kos, texniki hazırlığın başa çatdığını bildirib.

O Monteneqro barədə bildirib ki, Avropa Komissiyası, üzv dövlətlər və Çernoqoriyanın birgə səyləri uğurlu olarsa, ölkə İrlandiyanın Aİ Şurasına növbəti sədrliyi dövründə danışıqlar prosesinin başa çatmasına yaxınlaşa bilər.

"İrlandiyanın Aİ Şurasına sədrliyinin sonuna qədər (2026-cı ilin sonlarında başa çatacaq - red.), Monteneqro Avropa İttifaqına üzvlüyə tam yaxınlaşa bilər", - o bildirib.

Kos vurğulayıb ki, son aylarda Aİ-nin genişlənmə siyasəti nəticələr nümayiş etdirir.

Oxşar xəbərlər

Fon der Lyayen: Aİ Ukrayna və Moldovanın üzvlüyü üzrə danışıqların yeni mərhələsinə başlayır
Marta Kos: Moldova Aİ üzvlüyünə hazırlıq dərəcəsinə görə birinci yerdədir
Antonio Koşta: Ukrayna və Moldovanın gələcəklərinin Avropa İttifaqında olacağına şübhə yoxdur
Siyarto: Albaniyanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların birinci mərhələsi başlayıb
Albaniyanın Aİ-yə üzvlüyü məsələsi müzakirə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər