Pezeşkian: İranın Təhlükəsizlik Şurası ABŞ ilə dialoqu davam etdirmək barədə qərar verib
sizinxeber.az xəbər saytı

Pezeşkian: İranın Təhlükəsizlik Şurası ABŞ ilə dialoqu davam etdirmək barədə qərar verib


İranın Ali Milli Təhlükəsizlik Şurası İsrailin Livana yeni hücumları fonunda münaqişənin həllilə bağlı ABŞ ilə dialoqu davam etdirmək qərarına gəlib.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə İran Prezidenti Məsud Pezeşkian açıqlama verib.

Onun sözlərinə görə, şura danışıqlar prosesinin davam etdirilməsinin vacibliyi qənaətinə gəlib.

Pezeşkian qeyd edib ki, danışıqların guya qadağan olunması ilə bağlı KİV-də dərc olunan açıqlamalara baxmayaraq, müzakirələr çərçivəsində dialoqun məqbul şərtlərlə davam etdirilməsi ilə bağlı müvafiq razılaşmalar əldə edilib.

Prezident həmçinin əlavə edib ki, İran qonşu ölkələrlə münasibətlərdə irəliləyiş əldə edib və Fars körfəzi dövlətləri ilə bir sıra məsələlər həll olunur.

Oxşar xəbərlər

Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ ilə dialoqu davam etdirmək qərarına gəldi
Pezeşkian: İran Azərbaycan və digər qonşu ölkələrlə əlaqələri gücləndirəcək
Pezeşkian: ABŞ ilə dialoqun davam etdirilməsi vacibdir
Məsud Pezeşkian: İran qonşuları və bölgə ölkələri ilə münasibətlərdə yeni səhifə açmağa hazırdır
Pezeşkian: Barışıq İranın səyləri sayəsində mümkün olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər