BFB: Sukuk istiqrazlarının buraxılması üçün qanunvericilik bazası olmalıdır
sizinxeber.az xəbər saytı

BFB: Sukuk istiqrazlarının buraxılması üçün qanunvericilik bazası olmalıdır


Azərbaycanda sukuk istiqrazlarının buraxılması üçün qanunvericilik bazası - müvafiq normativ-hüquqi aktlar olmalıdır.

Bunu "Report"a açıqlamasında "Bakı Fond Birjası" QSC-nin (BFB) baş kommersiya inzibatçısı Oqtay Qasımov bildirib.

Onun sözlərinə görə, Birjanın nümayəndə heyətinin bir qədər əvvəl Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) etdiyi səfər zamanı sukuk istiqrazlarının buraxılması ilə bağlı imkanlar araşdırılıb.

"Bunun üçün müəyyən hazırlıqlar var ki, ölkə daxilində onlar olmalıdır. Sukuk istiqrazları əsas maliyyə alətləri olmasa da, bu imkanlardan biridir. Onların məhz islami qaydalara uyğun olması əsas şərtdir. Yəni bu cür istiqrazlarda məhz islam qaydalara riayət olunur", - deyə birja rəsmisi qeyd edib.

Oxşar xəbərlər

Azərbaycan və BƏƏ-nin kapital bazarları arasında əməkdaşlıq əlaqəsi qurulub
Azərbaycanda dövriyyədə olan dövlət istiqrazlarının ümumi məbləği açıqlanıb
BFB: İnstitusional investorlar uzunmüddətli istiqrazlara investisiya qoymur
"Bakı Fond Birjası" yeni elektron ticarət sistemini işə salmağa hazırlaşır
Azərbaycanda karbon bazarları sahəsində qanunvericilik bazası hazırlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər