sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
"Neftçi" 2026/2027 mövsümünə hazırlıq planını açıqlayıb
"Neftçi"nin 2026/2027 mövsümü üçün hazırlıq planı müəyyənləşib.
"Sizinxeber.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda iki mərhələdən ibarət təlim-məşq toplanışının birinci mərhələsini iyunun 20-dən 28-dək Bakıda – "Palms Sports" Futbol Mərkəzində keçəcək.
Toplanışın ikinci mərhələsi iyunun 29-dan iyulun 14-dək Sloveniyanın Moravske Toplitse şəhərində reallaşacaq. Yuri Vernidubun rəhbərlik etdiyi komanda bu mərhələdə 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar 2, 6, 10 və 13 iyul tarixlərində baş tutacaq. İyulun 2-dəki matçda rəqib Serbiya "Partizan"ı olacaq.
Yoxlama görüşlərinin başlama saatı və digər rəqiblər barədə daha sonra məlumat veriləcək.
Oxşar xəbərlər
"Qarabağ"ın 2026/2027 mövsümünə hazırlıq planı bəlli olub
"Neftçi" iyunun 10-da Bakıda toplaşacaq, daha sonra Sloveniyaya yollanacaq
“Araz-Naxçıvan”ın 2025/2026 mövsümü üçün hazırlıq planı dəqiqləşib
"Neftçi"nin Polşada üz-üzə gələcəyi daha iki rəqibi açıqlanıb
Azərbaycanın U-21 millisi iki yoxlama oyunu keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

