Nazir: "İsƏT ölkələrində infrastrukturun maliyyələşdirilməsi üzrə kəsir ildə 290 milyard dollardır"
sizinxeber.az xəbər saytı

Nazir: "İsƏT ölkələrində infrastrukturun maliyyələşdirilməsi üzrə kəsir ildə 290 milyard dollardır"


İslam Əməkdaşlıq Təşkilatına (İsƏT) üzv dövlətlər infrastrukturun inkişafı üçün xüsusilə ciddi vəsait çatışmazlığı yaşayır, bu da ildə təxminən 290 milyard ABŞ dolları həcmində qiymətləndirilir.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Misirin planlaşdırma və iqtisadi inkişaf naziri Əhməd Rostom İslam İnkişaf Bankı (IsDB) Qrupunun Bakıda keçirilən illik toplantıları çərçivəsində təşkil olunmuş "Regional bağlılığı təmin etmək üçün dövlət-özəl tərəfdaşlığı çərçivəsində transsərhəd infrastruktur layihələri" panel müzakirəsində çıxış edərkən bildirib.

"2030-cu ilədək qlobal infrastruktur investisiyalarına olan illik tələbatın təxminən 6,9 trilyon ABŞ dolları məbləğində qiymətləndirilməsinə baxmayaraq, dünya hər il təqribən 2,5–3 trilyon ABŞ dolları məbləğində nəhəng maliyyə çatışmazlığı ilə üzləşir. İsƏT-ə üzv ölkələr üçün bu problem kritik səviyyədədir - vəsait çatışmazlığı hər il təxminən 290 milyard ABŞ dolları təşkil edir. Bu kəsirin əhəmiyyətli hissəsi yol sahəsində (onun payına təqribən 53 % düşür) cəmləşib, eləcə də infrastruktur boşluğunun təxminən 38 %-ni formalaşdıran telekommunikasiya, elektroenergetika və su təchizatı sektorlarındadır", - nazir qeyd edib.

O vurğulayıb ki, bu kəsiri azaltmaq üçün innovativ yanaşmalar və mexanizmlər tapılmadan bərpa prosesi son dərəcə çətin olacaq: "Hesab edirəm ki, bu həftəki müzakirələrimizin əsas praktiki nəticələrindən biri birgə fəaliyyət mexanizmlərinin hazırlanması və bu maneəni dəf etmək üçün IsDB Qrupunun potensialının digər çoxtərəfli inkişaf bankları ilə birləşdirilməsi olmalıdır".

Oxşar xəbərlər

Misirli nazir: İƏT ölkələrində infrastrukturun maliyyələşdirilməsi üzrə illik çatışmazlıq 290 milyard dollara çatır
SESRIC qlobal halal bazarın 2028-ci ilə qədər proqnozlaşdırılan həcmini açıqlayıb
Eyüp Vural Aydın: Dünyada infrastruktur investisiyaları üzrə 49 trilyon dollarlıq maliyyə ehtiyacı var
Azərbaycan nəqliyyat, energetika və rəqəmsal infrastruktur sahəsində PPP layihələri portfelini artırır
Nazir: "İsDB Azərbaycan üçün təkcə maliyyə deyil, həm də strateji tərəfdaşdır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər