Rəşad Məcid: Qlobal platforma provayderlərinin Azərbaycanda nümayəndəliklərinin açılması vacibdir
Dünyada fəaliyyət göstərən platforma provayderlərinin Azərbaycanda nümayəndəliklərinin açılması vacibdir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası qanununun layihəsinin ictimai müzakirəsi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bir çoxları layihənin mahiyyətini düzgün anlamır:
"Bu məsələyə diqqət çox vacib və lazımlıdır. Çünki burada bizim uşaqların sosial şəbəkələrdən istifadə məsələsi gündəmdədir və belə bir qanunda nəzərdə tutulur ki, gələcəkdə 16 yaşadək uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər qoyulsun. Bununla bağlı, əlbəttə ki, dünyada fəaliyyət göstərən böyük şirkətlərin, platforma provayderlərinin Azərbaycanda nümayəndəliklərinin açılması vacibdir".
R.Məcid onu da bildirib ki, sözügedən qanun ictimaiyyət tərəfindən də yaxşı qarşılanıb:
"Güman edirəm ki, qanun qəbul olunduqdan sonra dünyada fəaliyyət göstərən böyük şirkətlər, böyük platforma provayderləri Azərbaycanda fəaliyyət göstərəcəklər, nümayəndəlik açacaqlar. Bunun da nəticəsində, xüsusən uşaqların zərərli təsirlərdən qorunması məsələsində məsuliyyət hissi onların da hüquqi baxımdan üzərinə düşəcək".
YENİLƏNİR
Oxşar xəbərlər
Elmir Vəlizadə: Uşaqların zərərli informasiyadan qorunması cəmiyyət üçün böyük əhəmiyyət daşıyır
Aytən Məmmədova: Layihədə təkcə məhdudiyyətlər deyil, effektiv tənzimləmə vasitələri var
Gəray Gəraybəyli: Sosial şəbəkələrdən asılılıq uşaqların psixologiyasına ciddi təsir göstərir
Nazirlik rəsmisi: Uşaqların sosial şəbəkələrdə kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur
Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan və Niderland probasiya sahəsində əməkdaşlıq edəcək
-
Gədəbəyə güclü yağış yağıb, dolu düşüb
-
Gəncədə kütləvi davada 7 nəfər xəsarət alıb
-
Meksikada Dünya Kubokunun açılış günü yeddi böyük aksiya keçiriləcək
-
Azərbaycanda gələn ildən "İndi al, sonra ödə" xidməti tətbiq edilə bilər
-
İran silahlı qüvvələrini tam döyüş hazırlığına gətirib
