ABŞ Prezidenti Avropada raketlərin lisenziyalı istehsalını təşkil etmək niyyətindədir
ABŞ Prezidenti Donald Tramp Amerika raketlərinin Avropa ölkələrində və Ukraynada lisenziya əsasında istehsalına icazə verilməsi imkanını nəzərdən keçirir.
Sizinxeber.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İranla münaqişə zamanı ABŞ-ın raket ehtiyatları əhəmiyyətli dərəcədə azalıb və bu arsenalın bərpası müəyyən vaxt tələb edir.
Bu səbəbdən Tramp Vaşinqtonun müttəfiqlərinə bildirib ki, ABŞ-dən kənarda raket istehsalına lisenziyaların verilməsi məsələsinə baxmağa hazırdır.
Agentliyin məlumatına görə, söhbət ABŞ müdafiə şirkətlərinin texnologiyaları əsasında Avropa və Ukrayna ərazisində raket istehsalının təşkilindən gedir.
Qeyd olunur ki, bu addım həm ABŞ-ın öz ehtiyatlarının bərpasına vaxt qazandırmaq, həm də müttəfiqlərin müdafiə imkanlarını gücləndirmək məqsədi daşıyır.
Oxşar xəbərlər
Tramp ABŞ-dən kənarda lisenziya əsasında raket istehsalını mümkün hesab edib
NATO şərq cinahında raket əleyhinə müdafiəni gücləndirməyi planlaşdırır
Tramp Ukraynaya “Patriot” raketlərinin tədarükünü bərpa edə bilər
Ukrayna Avropa ölkələrində silah istehsalına başlamaq niyyətindədir
Tramp ABŞ qoşunlarının Ukraynada yerləşdirilməsini nəzərdən keçirmir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
Vens: İran davranışını əsaslı şəkildə dəyişməsə, iqtisadi imkanlardan faydalana bilməyəcək
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
-
Azərbaycanla OPEC Fondu arasında gələcək inkişaf perspektivləri müzakirə olunub
