Azərbaycan və Maldiv adaları virtual aktivləri tənzimləməyi müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan və Maldiv adaları virtual aktivləri tənzimləməyi müzakirə edib


Azərbaycan və Maldiv adaları arasında virtual aktivlərin tənzimlənməsi müzakirə edilib.

"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Maldiv Mərkəzi Bankının sədri Ahmed Munavarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük. Görüş zamanı ölkədəki makroiqtisadi vəziyyət və maliyyə sabitliyi ilə bağlı cari meyillər barədə əmsal maliyyə ekosisteminin inkişafı, eləcə də maliyyə texnologiyaları və virtual aktivlərin tənzimlənməsi sahəsində innovativ yanaşmaların tətbiqi üzrə fikirlərimizi bölüşdük. Bu istiqamətlərdə müşahidə olunan qlobal trendlərin hər iki ölkənin maliyyə sektorları üçün yaratdığı imkanları, əməkdaşlıq perspektivlərini və qarşılıqlı maraq kəsb edən digər məsələləri nəzərdən keçirdik", - deyə o qeyd edib.

Oxşar xəbərlər

AMB: Virtual aktivlərin tənzimlənməsinə dair yeni qanun layihəsi hazırlanır
Azərbaycanda virtual aktivlərin tənzimlənməsinə dair qanun layihəsi hazırlanır
EBRD ilə Azərbaycandakı makroiqtisadi mühit müzakirə edilib
Azərbaycan və Qazaxıstan maliyyə bazarlarına nəzarət sahəsində əməkdaşlığı gücləndirir
Azərbaycan və Macarıstan maliyyə sektorunda əməkdaşlığı müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər