

Azərbaycan və Qazaxıstan maliyyə bazarlarına nəzarət sahəsində əməkdaşlığı gücləndirir
Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi arasında maliyyə bazarı iştirakçılarının monitorinqi mexanizmlərinin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə AMB sədri Taleh Kazımov “X” sosial şəbəkəsində yazıb..
“Qazaxıstanda işgüzar səfər çərçivəsində bu ölkənin Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin sədri Mədinə Abılkasımova ilə görüşdük. Maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti sahəsində vacib məsələlərin müzakirəsindən sonra qurumlarımız arasında Anlaşma Memorandumu imzaladıq”, - deyə T. Kazımov bildirib.
Memorandum çərçivəsində nəzərdə tutulan əsas istiqamətlər bunlardır:
- Maliyyə bazarının vəziyyəti və inkişafı, tənzimlənmə və nəzarət standartları, həmçinin innovativ mexanizmlər üzrə qarşılıqlı səfərlərin təşkili;
- Bazar iştirakçılarının fəaliyyətinə nəzarət və monitorinq mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də istehlakçıların və investorların hüquqlarının müdafiəsi sahəsində təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi;
- Təcrübə mübadilələri, təlim və seminarların təşkili, birgə tədqiqat və bilik mübadilələrinin təşkili.
Oxşar xəbərlər
Azərbaycan və Qazaxıstan maliyyə sektorunda əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Azərbaycan və Gürcüstanın milli bankları əməkdaşlığın yeni mərhələsinə keçib
Azərbaycan Mərkəzi Bankı Gürcüstan Milli Bankı ilə Anlaşma Memorandumu imzalayıb
TDT-nin Mərkəzi Banklar Şurasının yaradılması haqqında memorandum imzalanıb
Azərbaycan və Moldovanın tənzimləmə qurumları memorandum imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
Cənubi Karolinanın Qrinvil şəhərində 28 May “Azərbaycanın Müstəqillik Günü” elan edilib
-
Azərbaycanlı gənclər İstanbulda beynəlxalq liderlər forumunun iştirakçısı olub
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
