Azərbaycan Koreya ilə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan Koreya ilə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib


Azərbaycan və Koreya arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

"Sizinxeber.az" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir müavini Rövnəq Abdullayevin Koreyanın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini xanım Chung Eui-Hae Cecilia ilə görüşündə aparılıb.

Görüşdə Azərbaycan ilə Koreya arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də Azərbaycanda fəaliyyət göstərən Koreya şirkətlərinin biznes mühiti və fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub.

Bildirilib ki, ölkələr arasında formalaşmış səmərəli əməkdaşlıq mühiti iqtisadi tərəfdaşlığın gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Azərbaycan Koreya ilə ticarət-iqtisadi əlaqələrin daha da genişləndirilməsinə böyük önəm verir.

Qeyd olunub ki, Azərbaycanın regionda həyata keçirdiyi genişmiqyaslı enerji, nəqliyyat-logistika layihələri, eləcə də alternativ enerji ixracı sahəsində planları Koreya şirkətləri üçün yeni əməkdaşlıq və investisiya imkanları yaradır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Oxşar xəbərlər

Bayramov koreyalı həmkarı ilə danışdı
Azərbaycan və Türkiyə biznes əməkdaşlığının inkişafını müzakirə edib
Azərbaycan-Cənubi Koreya Birgə Komissiyasının növbəti iclası keçiriləcək
Ceyhun Bayramov Moldova XİN-in dövlət katibini qəbul edib, siyasi məsləhətləşmələr aparılıb
Seulda Koreya şirkətlərinin Ələt AİZ-ə cəlb edilməsi imkanları müzakirə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər