Flora Kərimova ona göstərilən qayğıya görə Mehriban Əliyevaya təşəkkür edib
sizinxeber.az xəbər saytı

Flora Kərimova ona göstərilən qayğıya görə Mehriban Əliyevaya təşəkkür edib


Xalq artisti Flora Kərimova Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib.

"Report" xəbər verir ki, o bu barədə sosial media hesabında yazıb.

"Hörmətli Mehriban xanım, səhhətimlə bağlı yaşadığım çətin günlərdə göstərdiyiniz diqqət, qayğı və müalicəmi şəxsi nəzarətinizdə saxlamanız məni son dərəcə duyğulandırdı.

Ləyaqətli insani keyfiyyətlərinizə, həssas münasibətinizə və göstərdiyiniz diqqətə görə Sizə sonsuz və dərin minnətdarlığımı bildirirəm.

Qayğıkeşliyiniz, nəvazişiniz və şəfqətiniz ən qiymətli insani dəyərlərdəndir. Sizə olan vəfa borcum övladlarıma mənəvi əmanətdir. Sizə möhkəm cansağlığı, fəxarətli ömür, xalqımız naminə Böyük Sərkərdənin yanında silahdaşı kimi həyata keçirdiyiniz nəcib fəaliyyətinizdə daim uğurlar və müvəffəqiyyətlər arzulayıram", - paylaşımda qeyd olunub.

Qeyd edək ki, bir neçə gün öncə Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib.

Sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.

Oxşar xəbərlər

Flora Kərimovanın səhhəti yaxşılaşır, bir neçə günə evə buraxıla bilər
Yaqut İmanova: Flora Kərimovanın səhhəti normaldır
Flora Kərimova xəstəxanaya yerləşdirilib, sənətkarın müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb
Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Mehriban Əliyevanı təbrik edib
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər