Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiya paketini təqdim edib
sizinxeber.az xəbər saytı

Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiya paketini təqdim edib


Bu gün Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketi ilə bağlı təkliflərini təqdim edib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas “X” hesabında bildirib.

“Rusiya neftinin qiymət tavanına müvəqqəti dondurma tətbiq edəcəyik və Moskvanın Aİ sanksiyalarından yayınmaq məqsədilə istifadə etdiyi qurumları "qara siyahı"ya salacağıq”, - o qeyd edib.

Kallasın sözlərinə görə, bu paket bankları, silah istehsalçılarını, neft tacirlərini, neftayırma zavodlarını və üçüncü ölkələrdə olan kripto-operatorları hədəf alacaq.

“Bundan başqa, Ukrayna müharibəsində iştirak etmiş keçmiş rusiyalı hərbçilərə, eyni zamanda indi xidmət keçənlərə, eləcə də Rusiyanın “proksi qrupları”nın üzvlərinə viza qadağası tətbiq olunacaq. Yeni sanksiyalarda dron istehsalı ilə bağlı 30-dan çox şirkət siyahıya salınacaq. Bundan başqa, 50-dən çox şirkətə ixracat nəzarəti tətbiq olunacaq. Bura Çin, Türkiyə, Qırğızıstan, Qazaxıstan, BƏƏ və Hindistanda olan müəssisələr də daxildir”, - Kallas qeyd edib.

O əlavə edib ki, Rusiyanın istehsal qabiliyyətinə zərbə vurmaq məqsədilə nikel tozu, avtomobil hissələrinin və bir sıra dəyərli metalların, kimyəvi maddələrin idxalına da məhdudiyyətlər qoyulacaq

Paketdə 90-a qədər bankda Rusiya aktivlərinin dondurulması planlaşdırılır.

Oxşar xəbərlər

Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər
Aİ Rusiyaya qarşı sanksiyaları uzadıb
Kaya Kallas: Aİ Rusiyaya qarşı ən sərt sanksiyalar paketini təsdiqləyib
Aİ Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləyib
Aİ Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləyib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər