Netanyahu: İsrail Livan xalqı ilə yox, "Hizbullah"la vuruşur
İsrailin Baş naziri Benyamin Netanyahu Livan xalqına müraciət edərək iki dövlət arasındakı hərbi münaqişəyə görə məsuliyyəti "Hizbullah" qruplaşmasının üzərinə atıb.
"Report" xəbər verir ki, o, videomüraciətini "X" sosial şəbəkəsindəki hesabında yayımlayıb.
Baş nazirin sözlərinə görə, İsrail Livanla sülhə köklənib və ölkənin əhalisi ilə yox, Livanı İsrailə qarşı terror hücumları həyata keçirmək üçün girov halına gətirən "Hizbullah" hərəkatının yaraqlıları ilə vuruşur.
"İsrail sizinlə sülh istəyir. Gələcəyinizi seçin. İsrailə qoşulun. Bütün uşaqlarımız üçün təhlükəsizlik və rifahı təmin edin. "Hizbullah" məhv edildikdən sonra isə qarşınızda hüdudsuz imkanlar açılacaq", - o deyib.
Netanyahu iddia edir ki, İran və "Hizbullah" livanlıları və israilliləri yenidən müharibəyə aparmağa çalışır. O bildirib ki, İsrail Müdafiə Ordusu "Hizbullah"ın silahlı dəstələrinin təxmini 10 000 üzvünü öldürüb.
"Biz Cənubi Livanı bu fanatiklərdən planlı şəkildə təmizləyirik. Onlar harada olsalar da, biz onları tapacağıq", - Baş nazir əlavə edib.
Oxşar xəbərlər
Netanyahu Livan xalqına müraciət edib, “Hizbullah”sız sülh təklif edib
Netanyahu: İsrail 2 500-dən çox "Hizbullah" terrorçusunu məhv edib
Netanyahu: İsrail Livanda "Hizbullah"ı vurmağa davam edəcək
İsrail ordusu Beyrut ətrafında "Hizbullah" obyektinə zərbə endirib
KİV: Netanyahu ABŞ-dən İsrailə qayıdıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
DSMF: 5 ayda 4,3 milyard manat pensiya, müavinət, təqaüd və ünvanlı yardım ödənilib
-
ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib
-
Araz çayında batan məktəblinin meyiti tapılıb
-
Azərbaycan BNF-nin tədqiqat layihəsindən əldə olunacaq təcrübənin ölkədə tətbiqini planlaşdırır
-
İranın Cask şəhərində yeni partlayış səsləri eşidilib
