Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmaları 2 %-dən çox artıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmaları 2 %-dən çox artıb


Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 10 milyard 277,3 milyon manat olub ki, bu da proqnozdan 4,7 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,3 % çoxdur.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Hesabat dövründə büdcə daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 51,9 % olub.

I yarımildə dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 62,4 %-ni və ya 6 milyard 417,6 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 30,1 %-ni və ya 3 milyard 091,1 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 3 %-ni və ya 312,2 milyon manatını dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 4,3 %-ni və ya 434,5 milyon manatını sair daxilolmalar, 0,2 %-ni və ya 21,9 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmaları təşkil edir.

6 ayda üzrə dövlət büdcəsinin gəlirlərinin qeyri neft-qaz sektoru üzrə proqnoza nisbətən vergi orqanlarının xətti ilə daxilolmalar 218,6 milyon manat və ya 3,5 %-i, gömrük orqanlarının xətti ilə daxilolmalar 4,1 milyon manat və ya 0,1 %, dövlət əmlakının icarəyə verilməsindən və digər mənbələrdən daxilolmalar 319,2 milyon manat və ya 3,3 dəfə çox, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 84,9 milyon manat və ya 21,4 % az icra olunub.

Oxşar xəbərlər

Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmaları 6 %-dən çox artıb
Azərbaycanda qeyri-neft-qaz sektorundan büdcə daxilolmaları 11 %-ə yaxın artıb
Azərbaycanda neft-qaz sektoru üzrə büdcə daxilolmaları 8 %-dən çox artıb
Azərbaycanda neft-qaz sektorundan büdcə daxilolmaları 48 %-ə yaxın artıb
Azərbaycanda neft-qaz sektoru üzrə büdcə daxilolmaları 5 %-yə yaxın artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər