ABŞ konqresmeni İrana təkrar zərbələrin qaçılmaz olduğunu bildirib
Konqresin Nümayəndələr Palatasının üzvü Pet Fellon (Texas ştatından Respublikaçı) ABŞ-nin İran ərazisinə zərbələri bərpa edəcəyini bildirib.
"Report" xəbər verir ki, konqresmen öz mövqeyini "Fox News" telekanalının efirində açıqlayıb.
Parlamentaridən Amerika liderinin Tehranla danışıqlardan imtina edərək İslam Respublikasının ərazisinə zərbələr endirməli olub-olmadığını soruşublar. Nümayəndələr Palatasının Silahlı qüvvələr üzrə komitəsinin və Amerika Konqresi aşağı palatasının Kəşfiyyat üzrə xüsusi komitəsinin üzvü olan Fellon: "Düşünürəm ki, bu, qaçılmaz olaraq baş verəcək", - deyə cavab verib.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl bildirmişdi ki, İranla danışıqlar uğurla gedir. Amerika lideri həmçinin qeyd edib ki, Tehranın zərbələri nəticəsində Amerika hərbçilərinin həlak olacağı halda, ABŞ İslam Respublikasına qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyə hazırdır.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.
ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.
Oxşar xəbərlər
ABŞ-li konqresmendən Xameneiyə xəbərdarlıq: "Nə qədər ki, imkan var, İranı tərk et"
Conson yenidən Konqresin Nümayəndələr Palatasının sədri seçilib
Tramp: Uranın zənginləşdirilməsindən imtina müqabilində İrana qarşı sanksiyalar yumşaldılmayacaq
Tramp İranın uranı Rusiya və ya Çinə ötürməsinə qarşıdır
Tramp: İranla razılaşma bu gün axşam imzalanacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
-
Almaniya ilə Azərbaycan "yaşıl hidrogen" üzrə yeni layihə hazırlayır - EKSKLÜZİV
-
Azərbaycanda ilk qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası Ağstafada istifadəyə verilib
-
DİN: Ötən gün 10 silah aşkarlanaraq götürülüb
-
"Liverpul" "Bernli"nin müdafiəçisi Maksim Estevi hədəfə alıb
-
Hemant Mistri: Hörmüzün bağlanması ekoloji təmiz aviasiya yanacağının qiymətinin artmasına səbəb olub
