Qlobal Merlər Paktı kiçik şəhərlər üçün investisiyaların cəlb edilməsi üsulunu təklif edib
sizinxeber.az xəbər saytı

Qlobal Merlər Paktı kiçik şəhərlər üçün investisiyaların cəlb edilməsi üsulunu təklif edib


Şəhər layihələrinin vahid paketlərdə birləşdirilməsi kiçik yaşayış məntəqələrinə iqlim maliyyələşdirilməsinə çıxış əldə etməyə kömək edə bilər.

"Report" xəbər verir ki, bunu İspaniya Qlobal Merlər Paktının Şəhər iqlim fəaliyyəti və maliyyələşdirmə şöbəsinin rəhbəri Yohanna Qranados Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Çoxtərəfli İnkişaf Bankları yerli səviyyədə dayanıqlı mənzil təminatını necə dəstəkləyə bilər?" mövzusunda investorların dəyirmi masasında bildirib.

"Kiçik bələdiyyə layihələrinin birləşdirilmiş paketlərdə cəmlənməsi kiçik və orta bələdiyyələr üçün iqlim maliyyələşdirilməsinə çıxış probleminin əsas həllinə çevrilə bilər. Maliyyə təşkilatları, bir qayda olaraq, müəyyən miqyaslı layihələrə maraq göstərirlər və ayrı-ayrılıqda götürülmüş kiçik şəhərlər çox vaxt lazımi həddə çatmır.

Layihələrin birləşdirilməsi mexanizmi maliyyə institutları tərəfindən əsl maraq doğura biləcək investisiya baxımından cəlbedici məhsul formalaşdırmağa imkan verir", - o vurğulayıb.

Oxşar xəbərlər

EBRD şəhərlərdə iqlim layihələri üçün qarışıq maliyyələşdirmədən istifadə etməyi planlaşdırır
Norio Saito: Asiyada kirayə mənzillərin inkişafı özəl investisiyaları cəlb edəcək
IsDB: Ənənəvi və innovativ maliyyələşdirmə üsullarının kombinasiyası tələb olunacaq
Tinatin Kolbaia: Şəhərsalma və mənzil siyasəti "vahid çətir" altında ola bilər
"First Abu Dhabi Bank": "KOB-lara iqlim keçidində dəstək olmağa çalışırıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər