Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun mayın 18-də Qusar rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Bu barədə "Sizinxeber.az"a komitədən məlumat verilib.
Bildirilib ki, Ramin Məmmədov mayın 20-də Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul saat 10:00-da Qusar rayon Heydər Əliyev Mərkəzində (ünvan: Qusar şəhəri, M.Vəliyev küçəsi) keçiriləcək.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinə (əlaqə vasitələri: (023) 336 22 70, (050) 689 07 26, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.
Oxşar xəbərlər
Ramin Məmmədov Siyəzəndə vətəndaşları qəbul edəcək
Ramin Məmmədov Salyanda vətəndaşları qəbul edəcək
Dövlət Komitəsinin sədri Qazaxda vətəndaşları qəbul edəcək
Ramin Məmmədov Hacıqabulda vətəndaş qəbulu keçirəcək
Ramin Məmmədov vətəndaş qəbulu keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
