ITU: Azərbaycan internetə çıxış üzrə dünya səviyyəsini qabaqlayır
sizinxeber.az xəbər saytı

ITU: Azərbaycan internetə çıxış üzrə dünya səviyyəsini qabaqlayır


Azərbaycanda internetə çıxış səviyyəsi dünya üzrə orta göstəriciləri üstələyir.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) MDB üzrə regional direktoru Nataliya Moçu "Onlayn Azərbaycan" layihəsinin hesabat tədbirində bildirib.

"Bütün dünyada internetdən istifadədə gender fərqi qalmaqdadır: bu gün kişilərin 70 %-i şəbəkəyə çıxış əldə edir, qadınlar arasında isə bu göstərici 65 % təşkil edir. Azərbaycanda vəziyyət daha yaxşıdır - kişilərin 92,7 %-i və qadınların 85,4 %-i internetdən istifadə edir. Lakin şəhər və kənd regionları arasında fərq qalmaqdadır", - o bildirib.

N.Moçunun sözlərinə görə, ötən il dünyada şəhər əhalisinin 83 %-i internetdən istifadə edib, kənd yerlərində isə bu göstərici 50 %-dən aşağı olub: "Azərbaycanda şəhər sakinlərinin 94,6 %-nin internetə çıxışı var. Kənd yerlərində isə bu göstərici 82,1 %-ə çatır. Bu isə dünya səviyyəsindən xeyli yüksəkdir".

Oxşar xəbərlər

Natalya Moçu: “Azərbaycan İKT-də məlumat toplanmasını xeyli təkmilləşdirib”
Natalia Moçu: Azərbaycanda internet istifadəçiləri ilə bağlı müsbət göstəricilər var
Bakıdakı təsərrüfatların 95 %-dən çoxunun genişzolaqlı internetə çıxışı var
Bahar Muradova: Azərbaycanda ibtidai təhsil alan qadınların göstəricisi 98 faiz təşkil edir
ITU: "Onlayn Azərbaycan" layihəsi rəqəmsallaşmanın dünya standartlarına uyğundur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər